ABŞ Səudiyyə Ərəbistanı üçün yardım proqramlarını yenidən nəzərdən keçirməyə başlayıb

ABŞ Səudiyyə Ərəbistanı üçün yardım proqramlarını yenidən nəzərdən keçirməyə başlayıb
# 12 oktyabr 2016 01:33 (UTC +04:00)

Bakı-APA. ABŞ Yəməndə yas mərasiminə aviazərbənin endirilməsi xəbərlərindən sonra Səudiyyə Ərəbistanı üçün yardım proqramlarını yenidən nəzərdən keçirməyə başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Kirbi qeyd edib ki, ABŞ xarici dövlətlərə yardım proqramlarını daim nəzərdən keçirir: “Son aylar bu Səudiyyə Ərəbistanına da toxunub və biz bu barədə dəfələrlə rəsmi şəkildə məlumat vermişik”.

Qeyd edək ki, Yəmənin üsyançı husilərin nəzarəti altında olan paytaxtı Sanada yas mərasiminə aviazərbənin endirilməsi nəticəsində, son məlumata görə, 140 nəfər ölüb, 525 nəfər yaralanıb. Üsyançılar hücumun törədilməsində Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasını günahlandırıb. Koalisiya insidentin araşdırılacağını vəd edib. Səudiyyə Ərəbistanının Məşvərət Şurasının (Məclis əş-Şura) vitse-spikeri Məhəmməd əl-Jəfri Ər-Riyadın koalisiyaya məxsus təyyarənin zərbə endirdiyini istisna etmədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR