Bu ilin 6 ayı ərzində 76 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınmaqla ümumilikdə qeyri-kommersiya qurumlarının sayı 4766-a çatıb.
APA-nın məlumatına görə, bunu “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin rəisi vəzifəsini icra edən Aslan Hacıyev bildirib.
Onun sözlərinə görə, 4766 qeyri-kommersiya qurumunun 56-sı siyasi partiya, 332-si qeyri-hökumət təşkilatı, 209-u fondların payına düşür: “Yerdə qalanları isə digər qeyri-kommersiya qurumlarının payına düşür”.