"Lukoil" Xəzərdə hasilatı ikiqat artırır

"Lukoil" Xəzərdə hasilatı ikiqat artırır
# 30 dekabr 2016 08:02 (UTC +04:00)

Rusiyanın "Lukoil" şirkəti 2017-ci ildə Xəzər dənizində yerləşən V. Filanovski və Y. Korçaqin adına yataqlarda neft hasilatını 2 dəfədən çox artırmağı planlaşdırır.


"APA-Economics" "Neftegaz" portalına istinadən xəbər verir ki, şirkət 2016-cı ildə bu yataqlardan 2 mln. tondan çox neft hasil edib ki, bu da 2015-ci ildəki göstəricidən 25% çoxdur. 2017-ci ildə isə bu göstəricinin 5 mln. tondan çox olacağı proqnozlaşdırılır.

Bunun 1 mln. tondan artıq hissəsi Y. Korçaqin yatağının, 4,4 mln. tonu isə V. Filanovski adına yatağın payına düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR