Bəhram Qasimi: “Gələn il Tehranda İran, Azərbaycan və Rusiya dövlət başçılarının zirvə görüşü keçirilə bilər”

Bəhram  Qasimi: “Gələn il Tehranda İran, Azərbaycan və Rusiya dövlət başçılarının zirvə görüşü keçirilə bilər”
# 21 noyabr 2016 17:30 (UTC +04:00)

Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli zirvə görüşü gələn il Tehranda keçirilə bilər.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında deyib.

B.Qasimi deyib ki, bu kimi görüş ölkələr arasında sülh, dostluq, həmrəylik və sabitliyin əsaslarını genişləndirir: “Görüşün vaxtı və gündəliyi haqqında indidən danışmaq tezdir, lakin ümid edirik bu görüşlər davamlı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR