Ermənistanda qubernatorun müşaviri itkin düşüb

Ermənistanda qubernatorun müşaviri itkin düşüb
# 25 iyul 2017 14:21 (UTC +04:00)

Ermənistanın Armavir vilayətinin qubernatorunun müşaviri Manuk Simonyan itkin düşüb.

APA-nın “Novosti Armenii” agentliyinə istinadən verdiyi məlumata görə, polis artıq M. Simonyanın axtarışlarına başlayıb.

Ermənistan Polisinin mətbuat katibi Edqar Canoyan M. Simonyanın itkin düşməsi barədə məlumatın iyulun 23-də daxil olduğunu və hazırda müvafiq işlərin aparıldığını söyləyib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR