Turistlərin sevərək aldığı “Ulduz” şokolad fabrikinin şokolad qutularını siz də tanıyın

Turistlərin sevərək aldığı “Ulduz” şokolad fabrikinin şokolad qutularını siz də tanıyın
# 27 dekabr 2019 17:53 (UTC +04:00)

Qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən biri olan “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabriki müştərilərinə yeni və premium kateqoriya olan hədiyyəlik şokolad qutularını təqdim edir.

“Azerbaijan Chocolate” və “I love Azerbaijan Chocolate” adlanan hədiyyəlik qutular Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinə həsr olunub. Hər iki qutunun daxilində mərkəzdə Azərbaycan Respublikasının xəritəsi yer alır, kənarlardakı şokoladlar üzərində Azərbaycanın tarixi və müasir memarlıq abidələri olan – Qız Qalası, Möminə Xatun türbəsi, Alov Qüllələri, Hökumət evi – yer alıb.

Məhsullar Azərbaycanımızın tanıtımına xidmət etməklə yanaşı, hər bir vətəndaşımızın fəxrlə həm ölkədaxili həm də xaricə hədiyyə aparacağı bir suvenir olacaq.

Hər iki qutuda istehlakçıların diqqətinə yüksək keyfiyyətli südlü və tünd şokoladlar təqdim olunur.

I Love Azerbaijan qutusunda əlavə olaraq, “gianduya” – italyan resepturasına əsasən Azərbaycan fındığı ilə ürək formalı şokolad məhsulları da yer alır.

“Ulduz” şokolad fabriki dünyanın şokolad eksperti sayılan Belçikanın “Barry Calebaut” firması ilə əməkdaşlıq edir, bununla da istehlakçılara xalis şokoladın ləzzətini təqdim edir.

Əminliklə deyə bilərik ki, keyfiyyət və ləzzətin vəhdəti olan premium qutular həm doğmalarınızın həm də əcnəbi qonaqlarınızın yaddaşından silinməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR