Bakı sakininin barmağında dəmir həlqə qalıb

Bakı sakininin barmağında dəmir həlqə qalıb
# 16 yanvar 2017 20:12 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Xəzər rayonunda 1 nəfərin barmağında dəmir həlqə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq dəmir halqanı kəsib və vətəndaşın barmağından çıxarıblar. Əməliyyat saat 21:24-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR