“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində çalışacaq

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejimində çalışacaq
# 11 sentyabr 2017 10:36 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi 15 sentyabr - Yeni dərs ili ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni dərs ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına tələb olunan sayda vaqonun qoşulması təmin edilir.

“Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR