Xaçmaz sakini Siyəzəndə döyülərək qarət olunub

Xaçmaz sakini Siyəzəndə döyülərək qarət olunub
# 13 avqust 2015 07:11 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə. Xaçmaz şəhər sakini, 1984-cü il təvəllüdlü Cəlalov Samir Şahin oğlu Siyəzən rayonu ərazisində döyülüb. Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilən S.Cəlalov bildirib ki, naməlum şəxslərin hücumuna məruz qalıb. O, həmin şəxslərin üzərindəki pulu və telefonunu götürərək hadisə yerindən qaçdığını deyib. Ona qapalı kəllə beyin travması və bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR