Qızılcanın yayılmasına görə Gürcüstan dünyada öncüllər sırasında

Qızılcanın yayılmasına görə Gürcüstan dünyada öncüllər sırasında
# 28 fevral 2019 21:44 (UTC +04:00)

Qızılca xəstəliyinin yayılması göstəricilərinə görə Gürcüstan dünyada 3-cü yerdədir.

ONA-nin Gürcüstan bürosuna verilən məlumata görə, cari ilin bir yanvar tarixindən bu günədək qızılca xəstəliyinə yoluxmanın 2065 halı qeydə alınıb. Bu isə keçən ilin göstəricisinin cəmindən çoxdur.

Dünya Səhiyyə Təşkilatı bu gün 2018-ci ildə qızılcanın yayılmasının dəqiq göstəricilərini dərc etdi. Orada, qonşularımız Rusiya və Gürcüstanda qızılca xəstəliyinin epidemiyası olduğu bildirilir.

Bu gün, Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev mart-aprel aylarında respublika ərazisində əhalinin qızılcaya qarşı peyvənd olunmasına dair sərəncam verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR