Tramp Tillersonun istefası ilə bağlı xəbərlərə aydınlıq gətirib

Tramp Tillersonun istefası ilə bağlı xəbərlərə aydınlıq gətirib
# 01 dekabr 2017 21:45 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonun istefasını təkzib edib.

APA-nın xəbərinə görə, bu barədə D.Tramp özünün “Tvitter” hesabında yazıb.

“KİV-lər xəbər yayırlar ki, mən Tillersonu işdən çıxaracam və yaxud o istefa verəcək. Bu yanlış xəbərlərdir. Tillerson getmir. Bir sıra məsələlərə dair ziddiyətlər olsa da, ümumilikdə biz birgə uğurla işləyirik. Amerikaya yenidən dərin hörmət edirlər”, Tramp yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR