Ötən il İraqda terror, zorakılıq və hərbi münaqişə nəticəsində 7 minə yaxın insan ölüb

Ötən il İraqda terror, zorakılıq  və hərbi  münaqişə nəticəsində 7 minə yaxın insan ölüb
# 03 yanvar 2017 10:34 (UTC +04:00)

2016-cı ildə İraqda terror aktları, zorakılıq və hərbi münaqişə nəticəsində yeddi minə yaxın insan ölüb. APA-nın “TASS” a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin İraqa yardımla bağlı missiyası məlumat açıqlayıb.

2016-cı ildə missiya 19266 xəsarət alan dinc sakini qeydə alıb. Onlardan 6878 nəfər ölüb.

Missiyanın hesabatında Ənbər vilayətində may, iyul, avqust və dekabr ayları üzrə ölənlər barədə qeydlərin olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR