SAM-ın 10 illik yubileyinə həsr edilmiş sərgi keçirilib

SAM-ın 10 illik yubileyinə həsr edilmiş sərgi keçirilib
# 04 noyabr 2017 10:57 (UTC +04:00)

Bu gün Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) 10 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib.

SAM-ın Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin əsas məqsədi oxucuları qurumun geridə qoyduğu on hesabat ili ərzində ölkədə, regionda və beynəlxalq aləmdə baş verən proseslərin təhlilinə, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair yerli və xarici ekspertlər tərəfindən yazılan nəşrlərlə yaxından tanış etməkdən ibarətdir.

Sərgidə müxtəlif dillərdə nəşr edilən çap məhsulları ilə yanaşı, SAM-ın beynəlxalq və yerli jurnalları, eləcə də mərkəzin xüsusi nəşrləri də nümayiş etdirilib.

Qeyd edək ki, sərginin sonunda SAM-ın nəşrlərinin bir qismi oxuculara hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR