“Heydər Əliyev və kitabxana - nəsillərdə yaşayan ənənə” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev və kitabxana - nəsillərdə yaşayan ənənə” mövzusunda tədbir keçirilib
# 08 dekabr 2016 09:16 (UTC +04:00)

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) "Heydər Əliyev və kitabxana - nəsillərdə yaşayan ənənə" mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Heydər Əliyevlə bağlı MEK-ə hədiyyə olunmuş kitabların sərgisi təşkil olunub.


Kitabxananın direktoru Leyla İmanova bildirib ki, Heydər Əliyev hakimiyyətdə olduğu 1993-2003-cü illərdə kitabxanaların fəaliyyətinə böyük önəm verib, onları daim diqqət mərkəzində saxlayıb: "Heydər Əliyevin hakimiyyətdə olduğu zaman kitabxanalarla bağlı qanun qəbul olunub. Kitabxanalar müstəqil qurum kimi Azərbaycan dövlətinin atributuna çevrilib. Heydər Əliyev deyirdi ki, öz dilini, öz mədəniyyətini bilməyən toplum əcdadlarının yaratdığı mədəni irsin varisi ola bilməz. Bu gün prezident İlham Əliyevin kitabxanaların fəaliyyətinə verdiyi qiymət də göz önündədir”.


Daha sonra MEK-in əməkdaşları Heydər Əliyevin həyat və fəaliyyəti barədə təqdimatla çıxış ediblər. Bildirilib ki, MEK-də Heydər Əliyevlə bağlı yüzlərlə kitab var və həmin kitabların elektron versiyaları yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR