Peskov: “Terrorla mübarizə üçün Rusiya və ABŞ-ın əməkdaşlığı zəruridir”

Peskov: “Terrorla mübarizə üçün Rusiya və ABŞ-ın əməkdaşlığı zəruridir”
# 11 noyabr 2016 22:18 (UTC +04:00)

Nə ABŞ, nə də Rusiya təklikdə terrorizmin öhdəsindən gələ bilməyəcəklər.

APA-nın TASS agentliynə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib.

“Təkbaşına beynəlxalq terroru məğlub etmək mümkün deyil. Bu sahədə əməkdaşlığa ehtiyac var. ABŞ isə əməkdaşlığı rədd edir. Bu absurddur”, deyə D.Peskov bildirib.

Boston marafonu zamanı baş verən terror aktını, “Tsarnayev qardaşlarının işini” xatırladan Peskov deyib ki, o zaman ABŞ xüsusi xidmət orqanları Rusiyanın xəbərdarlıqlarına diqqətlə yanaşsaydılar, bir çox insanın həyatını xilas etmək mümkün olardı.

Qeyd edək ki, D.Peskov Nyu-Yorkda şahmat üzrə dünya çempionatının açılışında iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR