Naxçıvanda kredit götürənlərin sayı azalıb

Naxçıvanda kredit götürənlərin sayı azalıb
# 26 dekabr 2016 08:12 (UTC +04:00)

2016-cı ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 39 mln. 798 min 900 manat məbləğində kreditlər verilib.

APA-Economics” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Kreditlərin 10 mln. 13 min 600 manatı və yaxud 25,2%-i qısamüddətli, 29 mln. 785 min 300 manatı və yaxud 74,8%-i uzunmüddətli kreditlər olub.

Qeyd edək ki, son 1 ildə Naxçıvanda hüquqi və fiziki şəxslərə verilən kreditlərdə 39,83% azalmaq qeydə alınıb. Xatırladaq ki, ötən ilin müvafiq dövründə bu göstərici 66 mln. 141 min manat olub.

1 dekabr 2016-cı il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 56908-ə çatıb ki, bunun da 48970-i və ya 86,1%-i aktiv hesablardır. 2016-cı ilin yanvar-noyabr aylarında açılmış 14631 bank hesabının 14630-u aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 dekabr 2016-cı il tarixə 1191-ə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR