İrəvanda atışma ilə bağlı yeni faktlar ortaya çıxıb

İrəvanda atışma ilə bağlı yeni faktlar ortaya çıxıb
# 15 sentyabr 2017 13:04 (UTC +04:00)

İrəvanda dünən baş vermiş silahlı insidentlə bağlı yeni faktlar ortaya çıxıb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilir ki, atışmada iştirak edən şəxslər və avtomobil müəyyənləşdirilib.

Hadisə ilə əlaqədar 3 nəfər axtarışa verilib.

Atışma zamanı 1974-cü il təvəllüdlü Qaqik Mosinyan öldürülüb, 1978-cü il təvəllüdlü Vaaqn Abqaryan isə yaralanıb. İlkin məlumatlara əsasən, cinayətkarlar adıçəkilən şəxslərə hoteldən çıxan zaman atəş açıblar. Mosinyan hadisə yerində ölüb, Abqaryan isə xəstəxanaya çatdırılıb.

“Exit” partiyasının üzvü Nikol Paşinyan bu gün keçirilən brifinqdə deyib ki, hadisə hakim Respublika Partiyası daxilində nüfuz savaşı ilə bağlıdır. Onun sözlərinə görə, mübahisə edən tərəflər hakim partiyaya parlament seçkilərində səslərin qazanılmasına kömək ediblər.

N. Paşinyan qeyd edib ki, istintaq atəş açan şəxslərin Alaverdi bələdiyyəsinin sabiq başçısı Artur Nalbandyanla əlaqələrinin olub-olmamasını araşdırmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR