Aybəniz Haşımova: “Həyat yoldaşımın şəhid olmasından sonra batan səsimi bərpa etmək mənə yeddi ilə başa gəldi”
- Aybəniz Haşımova üçün 40 yaş nə deməkdir?
- Əslində bu yaşa qədər yaşaya bildiyimə görə çox sevinirəm. Çox zaman mənə deyirlər ki, niyə yaşını açıqlayırsan, sənə heç bu yaşı vermək olmaz. Ancaq mən bu ömrü yaşadığım üçün çox xoşbəxtəm. 20 il bundan əvvəl səhhətimdə elə bir problemlər yaranmışdı ki, mən yaşayacağıma belə inanmırdım. Xoşbəxtəm ki, mən atasının adına layiq bir övlad böyütdüm. Əslində 40 yaş çox gözəl bir yaşdır, cavanlığın lap başlanğıc günüdür. Ümumiyyətlə yaş məsələsi heç zaman məni qorxutmayıb. 40 il yaşaya bilmişəmsə, bu özü mənə Allah tərəfindən verilən xoşbəxtlikdir.
- Geridə qalan qırx illik ömrünüzdən razısınızmı?
- Nə bilim vallah, yaşadım da... Yaxşısı və pisi ilə yaşadım bu 40 ili. Bu illər acısı və şirini ilə mənə aiddir, hər halda razı qalmalıyam. Bu ömürdə həm ağladım, həm də güldüm. Ancaq çox şükür ki, çox şeydə bəxtim gətirib. İnsanlar tərəfindən sevilməyən insan həyatından narazı ola bilər. Hər zaman sevildiyimə görə çox xoşbəxtəm. Hər bir qadına bu cür həyat arzu edirəm. Ad günümü evdə ailəmlə və dostlarımla birgə keçirəcəyəm.
- Ad günündə özünüzə arzunuz nədir?
- Qızımı xoşbəxt görmək.
- Bəs gözlədiyiniz xüsusi bir hədiyyə varmı?
- Mənim üçün sözlə təbrik belə yetər. Hədiyyənin fərqi yoxdur.
- Bu günə kimi heç bir fəxri adınız yoxdur. Sizin üçün fəxri ad bir önəm daşıyırmı?
- Bu günə qədər fəxri ad üçün çalışmamışam. Mən xalqımın musiqisinin, mədəniyyətinin keşiyində layiqincə dayanmağı düşünmüşəm. O ki, qaldı fəxri adlara, bu, Sovet dövründən qalma bir şeydir. Bu o dövr üçün çox gözəl bir göstərici idi. Amma bu gün zaman və həyat dəyişib. Əsas göstərici odur ki, millətinə, dövlətinə yararlı insan və sənətkar olasan. Mən Heydər Əliyevin yetirməsiyəm və bunu fəxrlə deyirəm. Ömrümün sonuna qədər də zamanın dəyişməsindən asılı olmayaraq mən bunu hər zaman qürur hissi ilə deyəcəyəm. Heydər Əliyevin mədəniyyətdə olan kadrı kimi mən nə üçün onun adı ilə yox, başqa şeylərlə fəxr etməliyəm?! Fikrimcə, ən böyük fəxri ad elə Heydər Əliyevin yetirməsi olmaqdır. Bir müğənni deyə bilməz ki, mən Heydər Əliyevin yetirməsiyəm. Ancaq Heydər Əliyev bu sözü mənə şəxsən söyləyib. Onun “səninlə fəxr edirəm, bilirsənmi, sən mənim yetirməmsən?” deməyi hər şeydən üstündür. Əgər bu gün sizlərin qarşısında fəxrlə, sənətin adına ləkə, zərər gətirməyən bir ifaçı olaraq dayana bilirəmsə, bu, böyük Heydər Əliyevin mənə göstərdiyi qayğının sayəsindədir. Bu gün Vətənimə yararlı bir övlad olaraq böyütmüşəmsə, Vətənimin sevimlisi ola bilmişəmsə, bu, mənim üçün göstərici deyilmi? Mən bu gün həm də şəhid övladının anası kimi də özümlə fəxr edirəm. Fəxri ada ehtiyacım yoxdur. Kaş bütün fəxri ad alanlar bu ada layiq olsunlar...
- Plastik əməliyyat keçirmisiniz?
- Bu barədə danışmağa çox utanıram. Axı mən heç bir plastik əməliyyat etdirməmişəm. Allah mənim əl-ayağımı düz yaradıbsa, heç bir qorxunc yerim yoxdursa, niyə o yola əl atmalıyam? Mən qocalmağımı görmək istəyirəm. Kaş Allah məni qocalda bilsin. Ancaq gözəl qocalım, eybəcər olmaqdan çox qorxuram.
- Deyəsən dəyişikliyi sevmirsiniz. Hər zaman Sizi eyni stildə görürük...
- Mənə xanım geyimlər yaraşır. Başqa geyimdə özümü rahat hiss etmirəm. Həm də sadəliyi sevirəm.
- Son illər istisna olmaqla uzun müddət heç yerdə görünmədiniz...
- Sənətimdə çox ağıllıyam. Əgər sənətimdə ağıllı olmasaydım, bu gün çoxları kimi mənə də nifrət edərdilər. Allah istedad veribsə, onunla bərabər şəxsiyyətini və qürurunu qorumalısan. Əsil sənətkar odur ki, heç kimin qarşısında başın aşağı olmasın, hamı səninlə fəxr etsin. Mən o cür sənətkarlardanam. Villam, bahalı maşınım olmadığına görə heç də narahat deyiləm. Bir neçə il bundan əvvəl Yeni il şənliyinə dəvət olunmuşdum. Həmin şənlikdə bu gün özünə populyar deyən, amma heç müğənni adına layiq olmayan biri mənə dedi ki, “niyə zinyət əşyası taxmamısan?” Mən də tutuldum qaldım, bu zaman sənət dostum Ağadadaş Ağayev “Aybəniz xanımın özündən dəyərli nə ola bilər” deyərək həmin şəxsin cavabını verdi. Həmin sözdən mən o qədər kövrəldim ki... O zaman heç kim bilmirdi ki, mən həyat yoldaşımın vəfatından sonra hər şeyimi satmışdım. Taxmağa da bir zinət əşyam yox idi. O ki qaldı vaxtilə mənim səhnədə, geniş auditoriya qraşısında az görünməyimə, bunun da səbəbi var idi. Ancaq dövlət tədbirlərində çıxış edirdim. Məndən olsa yenə evdən çölə çıxmaram. Həmin dövrlərdə həyat yoldaşım şəhid olmuşdu. Onun vəfatından sonra böyük stress keçirdim. Cəmiyyət arasında bu cür görünmək istəmirdim. Hər zaman məni gülərüz görən insanların qarşısına məyus halıda çıxmaq istəmirdim. Ailəmi çox dəyərləndirdiyim üçün bu stresi atmaq mənə uzun illərə başa gəldi. Həmin vaxtlar mən bir gün oxuyurdum, on gün otururdum. Məmməd Arazın yubiley tədbirindən sonra özümə söz verdim ki, daha heç yerə getməyəcəm. Çünki oxuyanda özümü saxlaya bilmirdim...
- Bəs çətinliklərlə üzləşmisiniz?
- Saysız-hesabsız. Elə indi də çətinliklərim çoxdur. Təzə Pir məscidinin yanında 26 kvadrat metrlik evim var. Bəlkə də heç bir müğənni o həyata razılaşmaz, ancaq mən bu həyata çox rahatlqla razılaşıram. Çünki bu ev mənim halal pulumla alınıb. Buna görə çox xoşbəxtəm. Hər halda nəyim varsa, özümündür, heç kimin deyil. Bununla da fəxr edirəm. Bəlkə kənardan kimsə bu sözlərimə görə mənə gülər, ancaq mənim üçün bu məsələlər böyük şərtdir.
- Dinləyicilərinizin fikrincə sevməyən qadın mahnıları bu cür ürəklə ifa edə bilməz. Maraqlıdır, mahnılarınızı kimin üçün oxuyursunuz?
- Bəlkə də vaxtilə bu nəğmələr kiməsə ithaf olunub, amma bu gün onları heç kimə həsr etmirəm. O nəğmələr artıq mənim özüm olub. Nəğmələr mənim özümdür, övladımdır. Əslində bir zaman həyatımızın böyük bir qəhrəmanına çevirmək istədiyimiz, onu qəhrəman görmək istədiyimiz insanların illər keçəndən sonra belə olmadıqlarını görürsən. Düşüncələrində, xatirələrində platonik olaraq yaşatdığın böyük bir qəhrəman sima əslində heç o deyilmiş. O yalnız sənin yaşatdığın, oxuduğun, yaratdığın nəğmələrdə, şerlərdə, poeziyadaymış. O bizim fəlsəfəmizdə yaşatdığımız, görmək istədiklərimizdir. Əslində O həyatda yoxdur...
- Bir müddət əvvəl həyatınızla bağlı verdiyiniz müsahibə böyük rezonans doğurdu. Bəs bu müsahibə Sizin həyatınızda nəyi dəyişdi?
- Mən kimisə iynənin ucu qədər belə incitmək istəmərəm. Sadəcə, həyatımda olan bəzi məqamlarla bağlı sual veriləndə səmimi olaraq cavab vermək istədim. Hər halda istəməzdim ki, bu müsahibənin sonu qəlbin faciəsinə çevrilsin. Elə bilirdim ki, hər şeyi görmək istədiyimiz kimi görürük, əslində isə belə deyil. Sadəcə özümüz özümüzü aldadırıq ki, bu həyatı yaşaya bilək. Mənim də hamı kimi həyatımın bir bağlanan yeri var. Mən də o ipin ucundan tutub həyatımı yaşaya-yaşaya gedirəm. O ipin harada qırılacağını bilmirəm.
- İllərdən sonra həyatınızın gizlinlərini açıqlamağa Sizi nə məcbur etdi? Buna görə peşman deyilsiniz ki?
- Peşmançılıq çəkdim. Çünki bəzi mətbuat oqranları bu müsahibədə öz məqsədlərini güddü, hər kəs öz mətbu orqanının reytinqinə görə, həyatımı hərraca qoydu. Əslində o saytdakı müsahibəni hansı qız və ya oğlan oxusaydı, oradan böyük bir örnək götürərdi. Ancaq bəzi mətbuat orqanları o müsahibəni özləri istədikləri kimi dərc etdilər. İnanın bu müsahibədən sonra mən bir həftə xəstəxanada oldum, nə qədər dərman qəbul etdim.
- Nə zamansa səsinizi itirmək qorxusu ilə üzləşmisiniz?
- Bəli. Həyat yoldaşım vəfat edəndən sonra hətta danışıq səsim də dəyişmişdi. Səhnəyə çıxmamağımın səbəblərindən bir də bu idi. Səsim çox kobudlaşmışdı. Bəlkə də bu keçirdiyim sterslə bağlı idi. Səsimi bərpa etmək mənə yeddi ilə başa gəldi.
- Deyirlər ki, Sizin ikinci qızınız da var...
- Ailəliyəm, ancaq qızım Aynişandan başqa övladım yoxdur. Biri oğlumun, başqa biri də qızımın olduğunu deyir. Qızım hazırda üç yaşlı uşaqlardan ibarət qrup yaradır. Həmin qrupda 4 üç yaşlı uşaq olacaq. Hazırlıq işləri gedir və bu yolda Aynişana köməyimi əsirgəməyəcəyəm.
- Qəlbinizdə oxunmamış nəğmələriniz çoxdur?
- Bir zamanlar “Leyli və Məcnun” operasında Leylinin partiyasını oxumağı çox istəmişəm. Arif müəllim də bu partiyanın hamısını mənə öyrətmişdi. Ancaq o zaman ailəm icazə vermədi. İndi də artıq gecdir, kökəlmişəm. Mən Leylini oxusam, inanın ki, zalda bir adam salamat qalmaz. Rəhmətlik Gülxar Həsənova çox gəldi-getdi, ancaq evdən icazə vermədilər. Dedilər ki, yox olmaz, ailə qurmalısan. Şahnaz xanımın ən böyük arzusu məni xoşbəxt görmək idi, təəssüf ki, görə bilmədi. Mənim ilk bəxtim yarımçıq kəsildi. Şahnaz xanım bu yaxınlarda mənə dedi ki, “indiyənə qədər sənə görə çox narahat olurdum, indi səninlə fəxr edirəm. İstəmirdim ki, sən müğənni olasan, qorxurdum ki, həyatın məhv olar. Yaxşı ki, sən müğənni olmusan, çünki udan Azərbaycan mədəniyyəti oldu”.
- Toylara getməyə necə baxırsınız?
- 12 yaşım olanda atam ağır xəstələndi. Səkkiz baş külfət idik, Şahnaz xanım da ailə qurmuşdu. 20 il biz bir böyrəkli insanı yaşada bildik. Həmin vaxt mən bacımın yanında toylara getməyə məcbur oldum. Bu günün özündə də toya gedirəm, çünki evə qazanc gətirən yeganə şəxsəm. Ailə qurmuşam, ancaq mən o oğlanın cibinə ərə getməmişəm. O uşaq vaxtı məni sevib və heç kəslə evlənməyib. 20 ildən sonra ortaya çıxdı ki, “Bu günə qədər də səni sevirəm və qəlbimdə yeganə yaşayan qadın sən olmusan”. Mən ona məni sevdiyi üçün ərə getdim. İnanın, hələ Allahın bir üzüyünü belə mənə o almayıb. Deyir ki, “söz verirəm, sənə elə bir üzük alacağam ki, ömrü boyu o cür üzüyü sənə heç kim ala bilməyəcək”. Mən də deyirəm ki, sən məni 20 il qəlbində yaşatmısan, bundan böyük hədiyyə nə ola bilər ki? Ailəmi özüm saxlayıram, yoldaşım isə Almaniyada yaşayır. İldə bir dəfə gəlir, gələndə də 15-20 gün qalır. Alınmır, heç cürə, axı evim çox dardır. Qızım da böyüyüb. Mən çox kompleksli insanam, bu da ailə tərbiyəsindən irəli gəlir.
- Neçə ildir səhnədəsiniz. BU müddətdə sənət aləmi çox dəyişib?
- Gələn il səhnə fəaliyyətimin 30 ili tamam olacaq. Çox şeylər dəyişib, bu gün sənətimiz çılpaqlaşıb, əynində paltarı yoxdur. Bu gün sənətdə olan qadınlar ən müqəddəs yerlərini belə çöldə qoyurlar. Bunu necə edirlər, baş düşə bilmirəm.
- Efirə çıxmaq üçün nə zamansa pul vermisiniz?
- Heç zaman. Əksinə mənə pul veriblər. Xeyriyyə konsertlərinin hamısında iştirak edirəm. Bu gün bəziləri bizim çıxdığımız səhnəyə pul verərək çıxmaq istəyirlər. Sonra desin ki, mən filankəslərlə eyni səhnədə çıxış etmişəm. Məndə artıq özümə söz vermişəm ki, o cür konsertlərdə iştirak etməyim. Çünki fəxr edirəm ki, mən Şövkət Ələkbərova, Müslüm Maqomayev, Zeynəb Xanlarova oxuyan səhnədə oxumuşam. Ancaq onların sənətinin adına ziyan verən müğənni olmamışam. Çox təəccüblüdür, gürcü qızı Manana gəlib Azərbaycan mədəniyyətində layiqlə çıxış edir, bizim özümüzünkülər dəhşətli bir şey göstərirlər. Bu, toyxana deyil, toyxana çox hörmətli bir yerdir. Bunun adı başqadır. Həyatım boyu kimsə puldan, var-dövlətdən ötrü məni qarşısında əyə bilməyəcək.
- Aybəniz Haşımovanın pərəstişkarları üçün hansı yenilikləri var?
- Eksklüziv olaraq bildirim ki, bu yaxınlarda bacım Şölə də səhnəyə çıxacaq. Biz ailədə səkkiz uşağıq, hər birimizin də səsi var. Ancaq heç biri oxumaq istəmir. Bacım Şölə vokal sinfini bitirib. Məndən dörd yaş böyükdür. Ad günümə hədiyyə olaraq Şölə xanım səhnəyə çıxacaq. Onu eşitdikdən sonra artıq məni bəyənməyəcəksiniz. Bundan başqa, “Biri sənsən, biri mən” adlı yeni disk hazırlayıram. “Melodiya” şirkəti tərəfindən hazırlanan diskdə retro mahnılarım və indi oxuduğum nəğmələr, eləcə də “Bülbüllər” qrupunun ifasında olan mahnılar yer alacaq. Ümumilikdə diskə 15-ə yaxın mahnı daxil ediləcək. Artıq albom üçün fotosessiya da hazırdır.