Bank Of Baku

Teymur Rəcəbov Kap-D’Aqd festivalına qələbə ilə başladı

Teymur Rəcəbov Kap-D’Aqd festivalına qələbə ilə başladı
# 27 oktyabr 2008 08:33 (UTC +04:00)
Bakı. Kənan Həsənov - APA-Sport. Fransanın Kap-D’Aqd kurort şəhərində ənənəvi beynəlxalq şahmat festivalı start götürüb. “APA-Sport”un məlumatına görə, festivalın nüfuzlu rapid turnirinə bir neçə gün əvvəl Avropa kubokunun qalibi olan Teymur Rəcəbov da qatılıb.

B qrupunda mübarizə aparan 21 yaşlı qrossmeysterimiz ardıcıl iki görüşdə qələbə qazanıb. Rəcəbov müvafiq ardıcıllıqla Hikaru Nakamura (ABŞ) və Almira Skripçenkonu (Fransa) məğlub edib. Təmsilçimiz bu gün Anatoli Karpov (Rusiya) və Xou Yifan (Çin), sabah isə Sebastyan Feller (Fransa), Maqnus Karlsen (Norveç) və Hampi Koneru (Hindistan) ilə qarşılaşacaq.

Qruplarda ilk dörd yeri tutan şahmatçılar 1/4 finala vəsiqə qazanacaqlar. Bu mərhələdən başlayaraq oyunlar nokaut sistemlə keçiriləcək. Rəcəbovun iki il əvvəl birinci yeri tutduğu yarışın mükafatçıları noyabrın 1-də bəlli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR