Bank Of Baku

Azərbaycan Şahmat Olimpiadasında Fransanı məğlub etdi

Azərbaycan Şahmat Olimpiadasında Fransanı məğlub etdi
# 25 noyabr 2008 16:05 (UTC +04:00)
Almaniyanın Drezden şəhərində təşkil olunan XXXVIII Şahmat Olimpiadasında sonuncu – XI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, medal qazanmaq şansını itirən Azərbaycanın kişilərdən ibarət yığması az öncə Fransanı məğlub edib.

İlk üç lövhədə keçirilən Teymur Rəcəbov - Etyen Bakro, Şəhriyar Məmmədyarov - Maksim Vaşyer Laqrev, Vüqar Həşimov - Loran Fressin görüşlərində heç-heçə qeydə alınıb. Qədir Hüseynovun dördüncü lövhədəki rəqibi Vladislav Tkaçyov oyuna çıxmadığından rəqibə məğlubiyyət verilib. Belə də yığmamız olimpiadanı 2,5:1,5 hesablı qələbə ilə baş vurub.

Milli komandamız bu qələbə sayəsində xallarının sayını 16-ya çatdırıb. Yığmamızın olimpiadanı neçənci pillədə başa vuracağı digər oyunlar yekunlaşdıqdan sonra bəlli olacaq.

Qadınlardan ibarət komandamız isə son turda Kubanın müqavimətini qıra bilməyib. Zeynəb və Türkan Məmmədyarovalar, Nərgiz Umudova və Xəyalə İsgəndərova rəqibləri ilə xal bölgüsünə razılaşıblar - 2:2. Xallarının sayını 13-ə çatdıran yığmamızın yekun sıralamadakı mövqeyi isə digər görüşlər başa çatdıqdan sonra bilinəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR