Azərbaycan yığması Şahmat Olimpiadasında 6-cı yeri tutub

Azərbaycan yığması Şahmat Olimpiadasında 6-cı yeri tutub
# 26 noyabr 2008 08:05 (UTC +04:00)
Almaniyanın Drezden şəhərində təşkil olunan XXXVIII Şahmat Olimpiadası başa çatıb. APA-nın məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları yarışı medalsız başa vurub.
Son turda Fransanı 2,5:1,5 hesabıyla üstələyən kişi şahmatçılarımız yekunda 16 xalla 154 kollektiv arasında 6-cı yeri tutublar. Milli komandamız yalnız Ermənistan, İsrail, ABŞ, Ukrayna və Rusiyadan geri qalıb.
Xanımlarımız isə 114 yığma arasında 31-ci yerlə kifayətləniblər (13 xal). Qadınların yarışında qızıl medallara 18 xalla Gürcüstan sahib çıxıb. Növbəti sıralarda Ukrayna və ABŞ qərarlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR