Bank Of Baku

Erməni şahmatçı: “Azərbaycanda xeyli dostlarım var, onlarla məktublaşıram”

Erməni şahmatçı: “Azərbaycanda xeyli dostlarım var, onlarla məktublaşıram”
# 19 dekabr 2008 09:37 (UTC +04:00)
Bakı – APA. “Hər iki ölkənin qrossmeysterləri müxtəlif yarışlarda tez-tez qarşılaşırlar. Bizimlə azərbaycanlı həmkarlarımız arasında heç bir problem yaranmır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ermənistan şahmat yığmasının üzvü Vladimir Akopyan söyləyib.

Rusiyanın Elista şəhərində təşkil olunan Qran-Pri turnirində mübarizə aparan Akopyan azərbaycanlılarla dostluq münasibəti saxladığını da etiraf edib: “Mən Bakıda anadan olmuşam. Orada kifayət qədər azərbaycanlı dostlarım var. Onlarla məktublaşır, Moskvada olarkən isə görüşürəm”.

Qeyd edək ki, Qran-Pri turnirində milli komandamızın üç üzvü, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov da çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR