Bank Of Baku

Teymur Rəcəbov “Corus” superturnirində Levon Aronyanla heç-heçə oynayıb

Teymur Rəcəbov “Corus” superturnirində Levon Aronyanla heç-heçə oynayıb
# 19 yanvar 2009 08:49 (UTC +04:00)
Bakı – APA. Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən XIX kateqoriyalı “Corus” superturniri uğrunda yarışın ikinci turu başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi Teymur Rəcəbov yenə yarım xalla kifayətlənib.

22 yaşlı şahmatçımız hesabat turunda ermənistanlı Levon Aronyana qarşı mübarizə aparıb. Ağ fiqurlarla oynayan Rəcəbov adəti üzrə Aronyanla “sülh” bağlayıb.

İkinci turun digər nəticələri:

Lenyer Dominqes (Kuba) - Qata Kamski (ABŞ) - 0,5:0,5
Van Yu (Çin) - Vasili İvançuk (Ukrayna) - 0:1
Yan Smits (Hollandiya) - Sergey Karyakin (Ukrayna) - 0,5:0,5
Daniel Stellvagen (Hollandiya) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5
Sergey Movsesyan (Slovakiya) - Maykl Adams (İngiltərə) - 1:0
Aleksandr Morozeviç (Rusiya) - Luk Van Veli (Hollandiya) - 1:0

Hazırda Rəcəbov 1 xalla daha 7 şahmatçı ilə birgə 4-12-ci sıraları bölüşdürür. Bu gün keçiriləcək 3-cü turda həmvətənimiz turnirin reytinq-favoriti İvançukla qarşılaşacaq. 13 turdan ibarət “Corus” kubokuna fevralın 1-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR