Bank Of Baku

Şəkidə kişi və qadınlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb

Şəkidə kişi və qadınlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb
# 16 fevral 2009 12:48 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Bu gün Şəkidə kişi və qadınlar arasında stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon idman və gənclər idarəsinin rəhbəri Vüqar İsgəndərov məlumat verib.

Yarışda 8 kişi (Bakı-1, Bakı-2, Sumqayıt, Şəki, Salyan, Gədəbəy, Quba və Balakən) və 5 qadın komandası (Bakı-1, Bakı-2, Sumqayıt, Şəki və Salyan) mübarizə aparır. İsgəndərov bildirib ki, çempionat fevralın 20-dək davam edəcək. Turnirin yekunlarına əsasən, bu ilin mayında Yaponiyada keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR