Bank Of Baku

Teymur Rəcəbov “Linares” superturnirinin ilk turunda dünya çempionu Vişvanatan Anandla qarşılaşacaq

Teymur Rəcəbov “Linares” superturnirinin ilk turunda dünya çempionu Vişvanatan Anandla qarşılaşacaq
# 19 fevral 2009 08:38 (UTC +04:00)
Bakı – APA. Bu gün İspaniyada şahmat üzrə ənənəvi “Linares” superturniri başlanır. Apasport.az saytının məlumatına görə, 314 min avro mükafat fondu olan yarışda dünyanın 8 ən məşhur zəka sahibi qüvvəsini sınayır.

Azərbaycan şahmat yığmasının lideri Teymur Rəcəbovla (2761) yanaşı, superturnirə dünya çempionu Vişvanatan Anand (Hindistan, 2791), Vasili İvançuk (Ukrayna, 2779), Maqnus Karlsen (Norveç, 2776), Levon Aronyan (Ermənistan, 2750), Van Yue (Çin, 2739), Aleksandr Qrişuk (Rusiya, 2733) və Lenyer Dominqes (Kuba, 2717) qatılıb.

Artıq yarışın təqvimi məlumdur. Rəcəbov ilk turda qara fiqurlarla Ananda qarşı mübarizə aparacaq. Reqlamentə əsasən, yarış hərəsi 7 turdan ibarət 2 dövrədən ibarətdir.

Teymur Rəcəbovun keçirəcəyi oyunların təqvimi:

I dövrə

19 fevral: Anand - Rəcəbov
20 fevral: Rəcəbov - İvançuk
21 fevral: Aronyan - Rəcəbov
22 fevral: Rəcəbov - Qrişuk
24 fevral: Dominqes - Rəcəbov
25 fevral: Van Yue - Rəcəbov
26 fevral: Rəcəbov - Karlsen

II dövrə

28 fevral: Rəcəbov - Anand
1 mart: İvançuk - Rəcəbov
2 mart: Rəcəbov - Aronyan
3 mart: Qrişuk - Rəcəbov
5 mart: Rəcəbov - Dominqes
6 mart: Karlsen - Rəcəbov
7 mart: Rəcəbov - Van Yue
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR