Bank Of Baku

Teymur Rəcəbov “Linares” turnirində erməni Levon Aronyanı məğlub edib

Teymur Rəcəbov “Linares” turnirində erməni Levon Aronyanı məğlub edib
# 03 mart 2009 07:52 (UTC +04:00)
Bakı – APA. Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyada təşkil olunan ənənəvi “Linares” superturnirində ilk qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz X tur çərçivəsində ağ fiqurlarla ermənistanlı Levon Aronyanı təslim edib. Turun digər qələbəsini çinli Van Yue Maqnus Karlsen (Norveç) üzərində qazanıb. Vişvanatan Anand (Hindistan) – Lenyer Dominqes (Kuba) və Aleksandr Qrişuk (Rusiya) - Vasili İvançuk görüşlərində qalib müəyyənləşməyib.

X turdan sonra Qrişuk 6,5 xalla vahid liderdir. İvançuk 5,5, Aronyan, Karlsen və Anandın 5 xalı var. Rəcəbovla Yue 4,5, Dominqes isə 4 xal toplayıb.

Həmyerlimiz bu gün Qrişika qarşı qara fiqurlarla oynayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR