Bank Of Baku

Azərbaycan şahmatçısı FİDE-nin ilk dəfə keçirdiyi turnirdə qüvvəsini sınayacaq

Azərbaycan şahmatçısı FİDE-nin ilk dəfə keçirdiyi turnirdə qüvvəsini sınayacaq
# 05 mart 2009 07:59 (UTC +04:00)
Bakı - APA. Dünyanın ən güclü qadın qrossmeysterləri İstanbula toplaşır. Apasport.az saytının məlumatına görə, ilk dəfə zərif iti zəka sahibləri arasında təşkil olunan “FİDE Qran Pri” turnirinə 12 şahmatçı qatılacaq.

Martın 7-də start götürəcək yarışda həmyerlimiz Zeynəb Məmmədyarova ilə yanaşı, Koneru Hampu (2621, Hindistan), Yifan Hau (2571, Çin), Antoanetta Stefanova (2557, Bolqarıstan), Pia Kramlinq (2548, İsveç), Mari Seba (2529, Fransa), Mayya Çiburdanidze (2516, Gürcüstan), Chen Zu (2496, Qətər), Elina Danieliyan (2496, Ermənistan), Yang Shen (2448, Çin) və Betül Yıldız (2216) mübarizə aparacaq.

Qeyd edək ki, Məmmədyarova (2362) reytinqə görə rəqiblərindən yalnız Yıldızı qabaqlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR