Bank Of Baku

Şəhriyar Məmmədyarov Qran-Pri turnirində autsayderlə heç-heçə oynayıb

Şəhriyar Məmmədyarov Qran-Pri turnirində autsayderlə heç-heçə oynayıb
# 23 aprel 2009 15:28 (UTC +04:00)
Bakı – APA. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Nalçik şəhərində keçirilən Qran-Pridə növbəti dəfə heç-heçə oynayıb. Apasport.az saytının məlumatına görə, 24 yaşlı idmançımız VIII turda Ukrayna təmsilçisi Vasili İvançukla xalları bölüb. Ağ fiqurlarla oynayan Şəhriyar autsayderlə görüşün 37-ci gedişində heç-heçəyə razılaşıb. Bununla da, şahmatçımız hesabındakı xalları 4-ə çatdırıb. O, əvvəlki kimi, turnir cədvəlinin ortalarında qərarlaşıb.

Məmmədyarov sabah fransalı Etyen Bakro ilə qüvvəsini sınayacaq. 13 turdan ibarət Qran-Pri aprelin 29-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR