Bank Of Baku

Azərbaycan şahmatçısı Qran-Pri turnirində çıxışını başa vurub

Azərbaycan şahmatçısı Qran-Pri turnirində çıxışını başa vurub
# 29 aprel 2009 15:06 (UTC +04:00)
Bakı – APA. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Nalçik şəhərində keçirilən Qran-Prinin 4-cü mərhələsində çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, 24 yaşlı idmançımız bu gün son tur çərçivəsində keçmiş dünya çempionu Rüstəm Qasımcanovla (Özbəkistan) qarşılaşıb. Qara fiqurlarla oynayan Şəhriyar 39-cu gedişdə heç-heçəyə razılaşıb.

Beləliklə, Məmmədyarov 13 turda 6 xal qazanıb: 2 qələbə, 8 heç-heçə, 3 məğlubiyyət. Yekunda təmsilçimiz turnir cədvəlinin orta sıralarında qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR