Bank Of Baku

Teymur Rəcəbov dörd mərhələnin yekununa əsasən, Qran-Pri turnirində liderdir

Teymur Rəcəbov dörd mərhələnin yekununa əsasən, Qran-Pri turnirində liderdir
# 01 may 2009 12:27 (UTC +04:00)
Bakı – APA. Şahmat üzrə Qran-Pri turnirlərinin 4-cü mərhələsindən sonra turnir cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, dörd mərhələnin yekununa əsasən, yarış cədvəlinin zirvəsində Azərbaycan yığmasının lideri Teymur Rəcəbov qərarlaşıb. 363⅓ xala malik Rəcəbov rusiyalı Aleksandr Qrişukla birgə 1-2-ci pillələri bölüşdürür. Amma həmyerlimizin Qrişukdan aralanacağı istisna deyil. Çünki Teymur rusiyalıdan fərqli, bir mərhələ az oynayıb. Əgər Rəcəbov qatılacağı son Qran-Pridə 60 xaldan çox yığarsa, Qrişuku üstələyəcək.

Digər şahmatçılarımızdan Vüqar Həşimovun vəziyyəti heç də pis deyil. Beşinci yeri tutmasına baxmayaraq, onun ehtiyatda daha bir yarışı var. Şəhriyar Məmmədyarov isə 7-ci sıraya sahib çıxıb.

Reqlamentə görə, 1 şahmatçı Qran-Prinin maksimum 4 mərhələsində qüvvəsini sınaya bilər. Bu zaman onun 3 mərhələdə göstərdiyi ən yaxşı nəticələr toplanır və yarış cədvəlində əksini tapır.

Ümumilikdə Qran-Pri 6 mərhələdən ibarətdir. Növbəti mərhələ avqustda Ermənistanda baş tutacaq. Turnirə dekabrda yekun vurulacaq. Məhz həmin vaxt 2010-cu ildə “Şahmat tacı”na namizəd olan zəka sahiblərinin adları müəyyənləşəcək.












































































































































































































































Şahmatçı

Bakı

Soçi

Elista

Nalçik

Neçə mərhələdə oynayıb

Cəmi

(ən yaxşı 3 nəticənin cəmi)

Teymur Rəcəbov (Azərbaycan)

60

150

153⅓

 

3

363⅓

Aleksandr Qrişuk (Rusiya)

105

45

153⅓

105

4

363⅓

Levon Aronyan (Ermənistan)

 

180

 

180

2

360

Van Yue (Çin)

153⅓

120

80

 

3

353⅓

Vüqar Həşimov  (Azərbaycan)

153⅓

65

110

 

3

328⅓

Dmitri Yakovenko (Rusiya)

 

90

153⅓

 

2

243⅓

Şəhriyar Məmmədyarov (Azərbaycan)

105

 

80

55

3

240

Qata Kamski (ABŞ)

60

120

 

55

3

235

Pyotr Svidler (Rusiya)

85

90

 

55

3

230

Peter Leko (Macarıstan)

 

 

80

140

2

220

Sergey Karyakin (Ukrayna)

60

90

 

55

3

205

Etyen Bakro (Fransa)

15

 

80

105

3

200

Vladimir Akopyan (Ermənistan)

yarışa sonradan

qatılıb 

 

15

140

2

155

İvan Çeparinov (Bolqarıstan)

35

45

50

 

3

130

Yevgeni Alekseyev (Rusiya)

yarışa sonradan

qatılıb

 

35

85

2

120

Boris Qelfand (İsrail)

 

30

 

85

2

115

Rüstəm Qasımcanov (Özbəkistan)

yarışa sonradan

qatılıb

 

80

20

2

100

Vasili İvançuk (Ukrayna)

 

65

 

20

2

85

Pavel Elyanov (Ukrayna)

yarışa sonradan

qatılıb

 

35

20

2

55

David Navara (Çexiya)

35

15

 

 

2

50

Ernesto İnarkiyev (Rusiya)

15

 

15

 

2

30

Maqnus Karlsen (Norveç)

153⅓

 

imtina edib

1

 

 

Maykl Adams (İngiltərə)

85

 

imtina edib

1

 

 

Məhəmməd Əl-Modiahki (Qətər)

 

15

yarışdan çıxıb

1

 

 

Yannik Pelletyer (İsveçrə)

 

 

yarışdan çıxıb

 

 

 


 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR