Bank Of Baku

Teymur Rəcəbov Qədim Hind müdafiəsinin ən dahi mütəxəssisi hesab olunub

Teymur Rəcəbov Qədim Hind müdafiəsinin ən dahi mütəxəssisi hesab olunub
# 15 may 2009 11:45 (UTC +04:00)
Bakı – APA. Azərbaycan şahmatçısı Teymur Rəcəbov yenə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı həmyerlimiz Qədim Hind müdafiəsinin ən dahi mütəxəssisi hesab olunub.

Planetin ən məşhur şahmat nəşrlərindən chessbase.com saytının araşdırmalarına əsasən, hazırda karyerasını davam etdirən heç bir qrossmeysterlər bu müdafiəyə Teymur qədər üstünlük verməyib. Milli komandamızın liderini ən yaxşı seçən həmkarlarımızın fikrincə, Rəcəbovun Hollandiyanın Veyk-an-Zee şəhərində təşkil olunan son turnirdə Vanq Yueni məğlub etməsi də buna nümunədir. Həmin qarşılaşmada Qədim Hind müdafiəsinə üstünlük verən Teymur gözəl üslubda qalib gəlmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR