Bank Of Baku

Teymur Rəcəbov FİDE-nin reytinq siyahısında 7-ci pilləyə yüksəlib

Teymur Rəcəbov FİDE-nin reytinq siyahısında 7-ci pilləyə yüksəlib
# 01 sentyabr 2009 08:36 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda ilk “100-lük”də Azərbaycanın 4 təmsilçisi var. Şahmatçılarımız arasında ən yaxşı nəticə Teymur Rəcəbova məxsusdur. O, reytinq balını 2756-dan 2757-yə yüksəldərək, 7-ci sıraya qalxıb.

Reytinq balının dəyişməməsinə və sabit oyununa baxmayaraq, yığmamızın üzvü Vüqar Həşimov (2740) 3 pillə geriləyərək, 14-cü yerə enib. Şəhriyar Məmmədyarovun (2721) da mövqeyində geriləmə var. 25 yaşlı şahmatçı indi 19-cu yox, 21-ci sıradadır. İlk “100-lüy”ə düşməyi bacaran son təmsilçimiz isə Qədir Hüseynovdur - 2667; 64-cü yer. Turnirin ən üst pillələrində Veselin Topalov (Bolqarıstan, 2813), Vişvanatan Anand (Hindistan, 2788) və Levon Aronyan (Ermənistan, 2773) qərarlaşıb.

O ki qaldı milli komandaların reytinqinə, Azərbaycan yığması 2641 balla 6-cı yeri tutur. Sentyabr ayı üçün dünyanın ən güclü komandası Rusiya (2728) hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR