Bank Of Baku

Bakıya gələn fransız şahmatçı sərxoş yaxalandı

Bakıya gələn fransız şahmatçı sərxoş yaxalandı
# 04 sentyabr 2009 11:17 (UTC +04:00)
Bakı – APA. Fransalı beynəlxalq qrossmeyster Vladislav Tkaçev Hindistanda keçirilən turnirdə sərxoş olub. Apasport.az saytının məlumatına görə, yerli şahmatçı Pravin Kumarla görüşə dəm halda gələn Vladislav elə stol arxasında yuxuya gedərək, növbəti gedişini buraxıb.
Tkaçev o dərəcədə sərxoş olub ki, kresloda çətinliklə otura bilirmiş. O, bir neçə gedişdən sonra mürgüləyərək, başını stolun üstünə qoyub. Turnirin təşkilatçılar fransızı ayıltmağa cəhd etsələr də, bu, uğursuz olub. Oyun başlayandan yarım saat sonra Tkaçevə texniki məğlubiyyət verilib. Təşkilatçılardan xəbərdarlıq alan Vladislav cəzalanmayacaq və çıxışını davam etdirəcək.
Qeyd edək ki, Fransanın aparıcı şahmatçılarından olan Tkaçev FİDE-nin bu ay üçün reytinqində 58-ci yerdə gedir. O, bir müddət əvvəl Bakıda da olub və şahmatçımız Vüqar Həşimovla blits-partiyada qüvvəsini sınayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR