Bank Of Baku

Teymur Rəcəbov “Böyük dəbilqə” turnirində ikinci məğlubiyyətini alıb

Teymur Rəcəbov “Böyük dəbilqə” turnirində ikinci məğlubiyyətini alıb
# 06 oktyabr 2009 14:12 (UTC +04:00)
Bakı – APA. Bu gün Çinin Nantzin şəhərində təşkil olunan şahmat üzrə “Böyük dəbilqə” turnirinin birinci mərhələsində VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbov növbəti dəfə uğursuzluğa düçar olub.

Belə ki, o, turnirin autsayderi Dmitri Yakovenko ilə bacarmayıb. Gərgin keçən görüşün 72-ci gedişində Rəcəbovun məğlubiyyəti rəsmiləşib. Bununla da, 22 yaşlı həmyerlimiz yarışda ikinci dəfə lövhə arxasından xalsız ayrılıb. Nəticədə digər oyunların hamısında heç-heçə etmiş Teymur özü autsayderə çevrilib. Şahmatçımız son iki görüşünü oktyabrın 8-də və 9-da keçirəcək.

VIII tur
Dmitri Yakovenko (Rusiya, 2742) - Teymur Rəcəbov (Azərbaycan, 2757) - 1:0
Peter Leko (Macarıstan, 2762) - Veselin Topalov (Bolqarıstan, 2813) - 0:1
Maqnus Karlsen (Norveç, 2772) - Van Yue (Çin, 2736) - 1:0

Turnir cədvəli:
1. Karlsen - 6,5 xal; 2. Topalov - 4,5; 3-4. Van Yue, Yakovenko - 3,5; 5-6. Rəcəbov, Leko – 3.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR