Bank Of Baku

Azərbaycan şahmat yığması Avropa çempionu olub

Azərbaycan şahmat yığması Avropa çempionu olub
# 31 oktyabr 2009 09:55 (UTC +04:00)
Bakı - APA. Şahmat üzrə Azərbaycan milli komandası Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatında qızıl medala layiq görülüb. Apasport.az saytının məlumatına görə, yığmamız yarışın sonuncu, IX turunda Hollandiyanı 2,5:1,5 hesabı ilə məğlub edib. Çempionluğa digər namizəd Rusiyanın ispanlarla xalları bölməsi milli komandamızın birinci yeri tutması ilə nəticələnib. Beləliklə, şahmatçılarımız tarixdə ilk dəfə Avropa çempionatında qızıl medal qazanıblar. Qadınlardan ibarət yığmamız isə 12 xalla 4-cü pillədə qərarlaşıb.

IX tur

Kişilər


Hollandiya - Azərbaycan - 1,5:2,5
Yan Smits (2642) - Teymur Rəcəbov (2757) - 0,5:0,5
Daniel Stelvagen (2630) - Vüqar Həşimov (2740) - 0:1
Ervin Lami (2606) - Şəhriyar Məmmədyarov (2721) - 0,5:0,5
Saypk Ernst (2589) - Rauf Məmmədov (2626) - 0,5:0,5

Turnir cədvəli: Azərbaycan - 15 xal, Rusiya - 14 xal, Ukrayna - 13 xal.

Qadınlar

Sloveniya - Azərbaycan - 1,5:2,5
Anna Muziçuk (2533) - Zeynəb Məmmədyarova (2285) - 1:0
Yana Kriveç (2329) - Nərmin Kazımova (2228) - 0,5:0,5
Ana Srebrniç (2267) - Türkan Məmmədyarova (2233) - 0:1
Vesna Roziç (2240) - Xəyalə İsgəndərova (2212) - 0:1

Turnir cədvəli: 1. Rusiya - 16 xal, 2. Gürcüstan - 16 xal, 3. Ukrayna - 12 xal.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR