Bank Of Baku

Azərbaycanın 10 yaşlı şahmatçısı dünya çempionu oldu

Azərbaycanın 10 yaşlı şahmatçısı dünya çempionu oldu
# 23 noyabr 2009 08:57 (UTC +04:00)
Bakı – APA. Azərbaycan 10 yaşlı şahmatçısı Günay Məmmədzadə Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında böyük uğura imza atıb. Apasport.az saytının məlumatına görə, şahmatçımız bütün yaşıdlarını qabaqlayaraq, qızıl medala sahib çıxıb. Çempionatda keçirdiyi 11 oyunun heç birində uduzmayan Məmmədzadə 1-ci yeri tutub. Bu yaş qrupunda yarışan digər həmvətənimiz Aydan Höccətova (8,5 xal) isə bürünc medala yiyələnib.

Bundan başqa, Nərmin Kazımova (16 yaşlılar) və Abdulla Qədimbəyli (8 yaşlılar) də fəxri kürsüyə yüksəlməyə yaxın olublar. Lakin hər iki şahmatçımız əmsallar cədvəlinə görə, medalsız qalıblar. Nərmin 8 xalla 4-cü, Abdulla isə 8,5 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı 6 yaş qrupu (8, 10, 12, 14, 16 və 18 yaşlılar) üzrə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR