Bank Of Baku

Astarada şahmat turnirinə start verilib

Astarada şahmat turnirinə start verilib
# 10 dekabr 2009 12:10 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astara şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş şahmat turnirinə start verilib. Astara Rayon Gənclər və İdman İdarəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışa respublikanın 17 şəhər və rayonundan 76 idmançı qatılıb.

8-16 yaşlı oğlanlar və qızlar arasında İsveçrə sistemi üzrə 9 turda baş tutacaq turnir bir həftə davam edəcək. Qaliblər “Təhsil” İdman Mərkəzinin diplom, fəxri-fərman və xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR