Bank Of Baku

Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş respublika şahmat turnirinə yekun vurulub

Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş respublika şahmat turnirinə yekun vurulub
# 17 dekabr 2009 04:53 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astarada on gün davam edən Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş respublika şahmat turnirinə yekun vurulub.

Astara rayon Gənclər və İdman İdarəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, respublika Təhsil İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilən turnirdə 17 şəhər və rayondan 78 idmançı bacarığını sınayıb.

Qızların yarışında Astara rayon məktəblisi Sevinc Fətəliyeva birinci, Şirvan şahmatçısı Xavər Kazımlı ikinci, Cəbrayıl rayon sakini Nərgiz Nəcəfova üçüncü olub.

Oğlanların yarışında isə 8 yaşlılar arasında Lənkəran rayonunun təmsilçisi Murad Rzayev, 10 yaşlılar arasında Şamaxı məktəblisi Niyaz Məmmədov, 12 yaşlılar arasında Kürdəmir rayonunun nümayəndəsi Mustafa Hacıyev, 14 yaşlılar arasında İmişli məktəblisi Elnur Mehdiyev və 16 yaşlılar arasında Bakı şahmatçısı Ziya Zamanov birinci yeri özünə təmin ediblər.

Qaliblərə respublika Təhsil İdman Mərkəzinin və Astara rayon Təhsil Şöbəsinin fəxri fərmanları, diplomları və qiymətli hədiyyələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR