Bank Of Baku

Azərbaycan - Türkiyə oyununda ilk heç-heçə olub

Azərbaycan - Türkiyə oyununda ilk heç-heçə olub
# 06 yanvar 2010 17:31 (UTC +04:00)
Bakı-APA. Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandası Türkiyənin Bursa şəhərində təşkil olunan dünya çempionatında bu gün ikinci oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, həmvətənlərimiz II turda yerli idmançılarla qüvvələrini sınayacaqlar. Artıq komandaların heyətləri də açıqlanıb. Yığmamızın kapitanı Zurab Azmayparaşvili ilk turda Ermənistana qarşı oyunla müqayisədə, iki dəyişikliyə əl atıb. Belə ki, ehtiyat oyunçuların hər ikisi - Qədir Hüseynov və Nicat Məmmədov bu dəfə mübarizəyə qoşulacaq. Onlar müvafiq olaraq, Teymur Rəcəbov və Rauf Məmmədovu əvəzləyiblər. Maraqlıdır ki, Türkiyə komandasının heyətində yeganə qrossmeyster Kıvanç Haznedaroğlu ehtiyatda qalıb. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Qeyd edək ki, I turda yığmamız Ermənistana qalib gəlib (2,5:1,5). Türklər isə ABŞ komandasına 1:3 hesabı ilə uduzub.

Azərbaycan - Türkiyə - 0,5:0,5

1. Vüqar Həşimov (2759) - Mert Erdoğdu (2513)
2. Qədir Hüseynov (2614) - Mustafa Yılmaz (2478) - 0,5:0,5
3. Şəhriyar Məmmədyarov (2741) - Əmrə Can (2442)
4. Nicat Məmmədov (2610) - Burak Firat (2413)

Digər görüşlər:

Ermənistan - İsrail
Braziliya - Misir
Yunanıstan - Rusiya
ABŞ - Hindistan
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR