Bank Of Baku

Azərbaycan milli komandası Türkiyəni məğlub edib

Azərbaycan milli komandası Türkiyəni məğlub edib
# 06 yanvar 2010 19:06 (UTC +04:00)
Kişi şahmatçılardan ibarət Azərbaycan milli komandası Türkiyənin Bursa şəhərində təşkil olunan dünya çempionatında bu gün ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, həmvətənlərimiz II turda yerli iti zəka sahibləri ilə üz-üzə gəliblər.

Yığmamızın kapitanı Zurab Azmayparaşvili ilk turda Ermənistana qarşı oyunla müqayisədə, iki dəyişikliyə əl atıb. Belə ki, ehtiyat oyunçuların hər ikisi - Qədir Hüseynov və Nicat Məmmədov bu dəfə mübarizəyə qoşulub. Onlar müvafiq olaraq, Teymur Rəcəbov və Rauf Məmmədovu əvəzləyiblər.


Qeyd edək ki, I turda yığmamız Ermənistana qalib gəlib (2,5:1,5). Türklər isə ABŞ komandasına 1:3 hesabı ilə uduzub.

Azərbaycan - Türkiyə - 3:1

1. Vüqar Həşimov (2759) - Mert Erdoğdu (2513) - 1:0
2. Qədir Hüseynov (2614) - Mustafa Yılmaz (2478) - 0,5:0,5
3. Şəhriyar Məmmədyarov (2741) - Əmrə Can (2442) - 1:0
4. Nicat Məmmədov (2610) - Burak Firat (2413) - 0,5:0,5

Milli komandamız ikinci görüşünü də qələbə ilə başa vurub. Vüqar Həşimovla Şəhriyar Məmmədyarov rəqiblərini məğlub edib. Qədir Hüseynovla Nicat Məmmədov isə lövhədən yarım xalla ayrılıb. Nəticədə yığmamız 3:1 hesablı qələbəyə sevinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR