Bank Of Baku

Sumqayıt Şahmat-Dama Məktəbinin açılış mərasimi keçirilib

Sumqayıt Şahmat-Dama Məktəbinin açılış mərasimi keçirilib
# 15 yanvar 2010 19:11 (UTC +04:00)
Sumqayıt – APA. Bu gün Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

APA-nın xəbərinə görə, mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

V.Əliyev çıxışında 2003-cü ildən etibarən Sumqayıtda bir sıra sosial obyektlərdə aparılan müasir üslubda əsaslı təmir və yenidənqurma işlərindən danışıb, Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin kollektivinə gələcək işlərində uğurlar arzulayıb.

Rəmzi qırmızı lent kəsildikdən sonra binaya baxış keçirilib. Mərasim iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olublar.

Qeyd edək ki, 1981-ci ildə yaradılan şəhər Şahmat Məktəbində hazırda 41 qrup fəaliyyət göstərir. Bu qruplarda 21 məşqçinin rəhbərliyi altında 508 nəfər uşaq, yeniyetmə, gənc şahmat və dama ilə məşğul olur. Məktəb ötən il Azərbaycan Təhsil Nazirliyinin elan etdiyi “Respublikada ilin ən yaxşı şahmat məktəbi” üzrə şəhərlərarası müsabiqədə birinci yerə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR