Bank Of Baku

Teymur Rəcəbov Rumıniyada “Bazna Kinq” turnirində iştirak edəcək

Teymur Rəcəbov Rumıniyada “Bazna Kinq” turnirində iştirak edəcək
# 09 iyun 2010 08:54 (UTC +04:00)
Bakı – APA. İyunun 14-də Rumıniyada “Bazna Kinq” beynəlxalq şahmat turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 6 qrossmeysterin mübarizə aparacağı yarış iştirakçıları arasında Azərbaycan yığmasının üzvü Teymur Rəcəbov da olacaq.
Həmyerlimiz turnirdə Van Yue (Çin), Boris Gelfand (İsrail), Ruslan Ponomaryov (Ukrayna), Maqnus Karlsen (Norveç) və Liviu-Diter Nisipyanuya (Rumıniya) qarşı mübarizə aparacaq. Yarışın reytinq favoriti Karlsendir. O, FİDE-nin açıqladığı son reytinqdə 2813 xalla birincidir.
Qeyd edək ki, “Bazna Kinq” turnirinə iyunun 25-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR