Bank Of Baku

Şahmat üzrə dünya çempionu Bobbi Fişerin meyiti məzardan çıxarılıb

Şahmat üzrə dünya çempionu Bobbi Fişerin meyiti məzardan çıxarılıb
# 05 iyul 2010 16:54 (UTC +04:00)
APA-nın məlumatına görə, meyitin məzardan çıxarılaraq tibbi ekspertizaya göndərilməsi 31 yaşlı filippinli Merilin Yanqın təkidi ilə baş tutub. Merilin Yanq Bobbi Fişerin onun 9 yaşlı qızının atası olduğunu iddia edir. Meyit məzardan çıxarıldıqdan sonra ondan DNK nümunələri götürülüb və yenidən dəfn mərasimi keçirilib. DNK analizləri nəticəsində qızın atasının Bobbi Fişer olub-olmadığına qərar veriləcək.

Merilin Yanq şahmat üzrə dünya çempionunun mirası uğrunda şahmatçını dul arvadı Mieko Vatai və iki oğlu ilə mübarizə aparır. Bobbi Fişer ABŞ-da anadan olsa da, 90-cı illərdə vergidən yayınma ittihamları və Yuqoslaviyada hərbi əməliyyatların boykotu səbəbi ilə ölkəni tərk edərək Filippinə köçüb. O Merilin Yanqla burada tanış olub. Daha sonra bir müddət Yaponiyada yaşayan Fişer son olaraq İslandiyada məskunlaşıb. Şahmat üzrə dünya çempionu 2008-ci ildə böyrək çatışmazlığından vəfat edib. O vəsiyyət yazmayıb, lakin ekspertləri Fişerin mirasını 2 milyon dollar dəyərində qiymətləndirirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR