Bank Of Baku

Tanınmış Azərbaycan şahmatçısı dünyasını dəyişib

Tanınmış Azərbaycan şahmatçısı dünyasını dəyişib
# 16 sentyabr 2010 12:53 (UTC +04:00)
Bakı - APA-Sport. Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz verib. Apasport.az saytının məlumatına görə, uzun illər ölkə şahmatının inkişafında yaxından iştirak edən Oleq Timofeyeviç Pavlenko 68 yaşında dünyasını dəyişib.
1942-ci ildə Bakı şəhərində anadan olan Pavlenko 1959-cu ildən 1975-ci ilə qədər keçmiş SSRİ Xalqlar Spartakiadasında Azərbaycan milli komandasının şərəfini qoruyub. 1960-cı ildə SSRİ - Yunanıstan dostluq matçında gənclərdən ibarət komandada SSRİ-ni təmsil edib. Veteranlar arasında keçirilən Azərbaycan çempionatının mükafatçısı olub.
Pavlenko ömrünün son 20 ilini Azərbaycanda istedadlı şahmatçıların üzə çıxmasına sərf edib. Onun məşqçi-müəllim kimi çoxsaylı istedadlı şahmatçıların inkişafında böyük əməyi olub.
Allah rəhmət eləsin!
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR