Bank Of Baku

Lənkəran şahmatçıları beynəlxalq şahmat festivalında ciddi uğurlar qazanıblar – FOTO

Lənkəran şahmatçıları beynəlxalq şahmat festivalında ciddi uğurlar qazanıblar – <font color=red>FOTO</font>
# 08 fevral 2011 16:48 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. bu il yanvarın 28-dən fevralın 7-dək Moskvada (Rusiya) keçirilən ənənəvi Beynəlxalq Şahmat Festivalında 35 ölkədən 1347 şahmatçı müxtəlif reytinq və yaş qruplarında qələbə uğrunda mübarizə aparıb.
APA-nın cənub bürosunun məlumatına görə, festivalda Lənkəran şəhər Şahmat Məktəbi 1 hakim və 4 şahmatçıdan ibarət heyətlə təmsil olunub.
15 yaşlı şahmatçıların yarışında 14 yaşlı Cavidan Babazadə 8 oyundan 6 xal toplayaraq ikinci nəticəni göstərib və məktəblilərin Avropa birinciliyinə vəsiqə qazanıb. Məktəbin digər nümayəndəsi Elnur Əliyev 582 iştirakçı arasında 9 oyundan 6 xal toplayaraq reytinqini 42,2 vahid artırıb və beynəlxalq idman ustası almaq üçün lazım olan ilk balını toplayıb. Qeyd edək ki, bu normanı üç dəfə yerinə yetirən şahmatçı beynəlxalq idman ustası adını ala bilər.
9 yaşadək şahmatçılar arasında Murad Rzayev 8 oyundan 5,5 xal, 11 yaşlı şahmatçılar arasında Kənan Əhədzadə 4,5 xal toplayıblar. Komandanın rəhbəri, Lənkəran şəhər Şahmat Məktəbinin direktoru İdrak Dadaşov isə festivala hakim qismində dəvət alıb və öz işinin öhdəsindən layiqincə gəlib. İ.Dadaşov həm də bu ilin aprel ayında Polşada keçirilən məktəblilərin dünya birinciliyinə hakim kimi dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR