Bank Of Baku

Vüqar Həşimov reytinq siyahısında Teymur Rəcəbovu qabaqlayıb

Vüqar Həşimov reytinq siyahısında Teymur Rəcəbovu qabaqlayıb
# 28 fevral 2011 13:24 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Şahmat Federasiyası (FİDE) mart ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda qrossmeysterlərimizdən yalnız Vüqar Həşimov irəliləyib.

Reytinq xalını 2746-ya çatdıran həmyerlimiz 13-cü pillədən 11-ci yerə yüksəlib. O, bununla Teymur Rəcəbovu da qabaqlayıb. “Sülhsevər oğlan” isə son siyahıda olduğu kimi yerində sayıb. Aktivində 2744 xalı olan Teymur 12-ci pillədə qərarlaşıb.

Həşimov və Rəcəbovdan fərqli, Şəhriyar Məmmədyarov 1 pillə geriləyib. Qrossmeysterimiz 2772 xalla 9-cu yerə enib.

Milli komandamızın digər üzvü – Rauf Məmmədov da “yüzlük”də yer alıb. O, 2667 xalla 77-cidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR