Bank Of Baku

Ağcabədidə yeni Şahmat Məktəbinin binası istifadəyə verilib

Ağcabədidə yeni Şahmat Məktəbinin binası istifadəyə verilib
# 06 may 2011 15:53 (UTC +04:00)
Bakı – APA. Prezident İlham Əliyev mayın 6-da Ağcabədi şəhərində yeni inşa olunan Şahmat Məktəbinin binasının açılış mərasimində iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı binanın açılışını bildirən lenti kəsib və məktəblə yaxından tanış olub.

Məlumat verilib ki, rayonda 1983-cü ildən fəaliyyət göstərən Uşaq Gənclər Şahmat Məktəbinin əvvəlki binası yararsız halda olduğundan ötən ilin iyunundan yeni binanın tikintisinə başlanılıb.

Oyun zalı ilə tanış olan dövlət başçısının diqqətinə çatdırılıb ki, ümumi sahəsi 148 kvadratmetr olan zalda eyni vaxtda 100-dək şahmatçı görüş keçirə bilər. Oyunların canlı izlənilməsi üçün zalda bir neçə kamera quraşdırılıb. Binanın girişində quraşdırılan monitor məktəbdə gedən yarışları canlı izləməyə imkan verir.

Sonra Prezident İlham Əliyev burada yaradılan kompyuter otağına baxıb.

Dövlət başçısına məlumat verilib ki, Şahmat Məktəbinin yanında 100 min cildlik elektron kitabxananın tikilməsi üçün yer ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR