Bank Of Baku

Dünya Kubokunda 5 şahmatçımız mübarizə aparacaq

Dünya Kubokunda 5 şahmatçımız mübarizə aparacaq
# 09 may 2011 09:22 (UTC +04:00)
Bakı – APA. Azərbaycan şahmatçısı Vüqar Həşimov Xantı-Mansiyskdə keçiriləcək Dünya Kubokuna dəvət alıb. Apasport.az saytının məlumatına görə, qrossmeysterimiz avqustun 25-dən sentyabrın 18-dək təşkil ediləcək yarışda ölkəmizi təmsil edəcək.

Onunla yanaşı, bu mötəbər turnirdə digər həmvətənlərimiz Namiq Quliyev və Rauf Məmmədov da mübarizə aparacaqlar.

Qeyd edək ki, FİDE-nin reytinqində ilk “20-lik”də yer alan Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun da Xantı-Mansiysk keçiriləcək turnirə qatılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR