Bank Of Baku

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov avtomobil qəzasına uğrayıb

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov avtomobil qəzasına uğrayıb
# 13 may 2011 09:05 (UTC +04:00)
Bakı – APA. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov avtomobil qəzasına uğrayıb. Apasport.az saytının xəbərinə görə, hadisə Sumqayıtda, 13-cü mikrorayon ərazisində baş verib.

Qrossmeysterin idarə etdiyi “Range Rover” “Vaz” 2107 markalı avtomobillə toqquşaraq, ağır qəza vəziyyəti yaradıb. Hadisə şahidlərinin bildirdiyinə görə, yol kənarı səkini aşan avtomobil təqribən 25-30 metr kənara sürüşüb.

Hadisə nəticəsində itki yoxdur. Məmmədyarov qolundan və sağ ayağından yüngül zədə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR