Bank Of Baku

Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlandı

Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlandı
# 09 iyun 2011 13:29 (UTC +04:00)
Bakı – APA. İyulun 15-27-də şahmat üzrə kişilər arasında keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Vladimir Tukmakov uzun fasilədən sonra Vüqar Həşimovu komandaya qaytarıb.

Ukraynalı mütəxəssis Həşimova II lövhədə yer verib. I lövhə Şəhriyar Məmmədyarova həvalə edilib. Teymur Rəcəbov isə mundialda III lövhədə rəqiblərini sınağa çəkəcək.

Son 2 – IV və V lövhədə isə ölkəmizi Rauf Məmmədov və Qədir Hüseynov təmsil edəcəklər.

Qeyd edək ki, dünya çempionatında Çin, Rusiya, Azərbaycan, Ermənistan, Ukrayna, İsrail, Macarıstan, Hindistan, ABŞ və Misir komandaları qüvvələrini sınayacaqlar. Bu yarış isə Azərbaycan yığmasının baş məşqçisi Tukmakov üçün ilk ciddi sınaq olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR